“Yarımı bağçada qəm-qüssəyə batmış sandım,Xəbər aldım ki, nə var, dinmədi, yatmış sandım”.

Sinəsində nəzərim dəydi iki qönçə gülə,Tər şəmamə yetişib, baş-başa çatmış sandım.

Mən gördükdə qızarmışdı üzü lalə kimi,Dişləyib gül üzünü özgə qızartmış sandım.

Elə bir naz ilə oynatdı kəc əbrulərini,İki hindubeçə şəmşirə əl atmış sandım.

Əmdim ol ləli-ləbindən, demə, öz rəngi imiş,Saxta bir rənglə əvvəlcə boyatmış sandım.

Vahidəm, yar mənimdir, mən onun, xalqa nə var,Özüm əğyarə onu ülfəti qatmış sandım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love