Yetişdi qeyri aşiqlər vüsali-yarə, mən qaldım,Xəlayiq çarə tapdı dərdinə, biçarə mən qaldım.

Hərə öz sevdiyi məşuqəsilə şadkam oldu,Yanan pərvanələrtək ruzü şəb odlarə mən qaldım.

Rəqibi-bimürüvvətlər fərəhnak oldu aləmdə,Həmişə zari-həsrət türrəyi-dildarə mən qaldım.

Keçirtdim tiri-nazın sinədən hər mahi-rüxsarın,Yenə bimehr çıxdı, təneyi-əğyarə mən qaldım.

Zəmani-ömrdə bir gül yetirdim, zəhmətin çəkdim,Səfasın özgələr gördü, cəfayi-xarə mən qaldım.

Bütün divanələr, Vahid, kəməndindən xilas oldu,Yenə ol zülfə bağlı ruzü şəb avarə mən qaldım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love