Ey faşist köpəyi, yırtıcı heyvan,Sənə xalq ordusu udduracaq qan!Qudurmuş başını saldın kələyə,Düşəcək quyruğun bizim tələyə.Ömrünün sonudur, əcəlin çatıb,Üz üstə çevrilib taleyin yatıb,İnsan da həddini bu qədər azar?Qazdın öz əlinlə özünə məzar.Kiminlə gəlirsən, gör bir üz-üzə?Ey zülmət köpəyi, hürmə gündüzə!Sovetlər yurdudur bizim yurdumuz,Külünü sovurur Qızıl Ordumuz!Topundan, tankından qorxumuz yoxdur,O topdan, tüfəngdən bizdə də çoxdur.Bizim dinc ölkəni çəkərkən hərbə,Bir zərbənə qarşı etdik min zərbə.Qudurub hər yerə alovlar saçdın,Özün öz başına fəlakət açdın.Hələ harasıdır, ey qarı düşmən,Xalqımız qəzəblə deyir: biz vətənYolunda hazırıq candan keçməyə,Alçaq faşistləri qırıb biçməyə.Bizim partiya tək rəhbərimiz var,Qalalar fəth edən əsgərimiz var,Leninin bayrağı əlimizdədir,Qələbə bizdədir, zəfər bizdədir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland