Sevgilim, zülfünə ənbər dedilər, mən də dedim,Üzünə mahi-münəvvər dedilər, mən də dedim.

Necə kafər deyim ol gözlərinin mərdümünə,Fitnə ustadına kafər dedilər, mən də dedim.

Az deyildir məni də eşqdə Məcnun eləyən,Səni Leylayə bərabər dedilər, mən də dedim.

İzn ver aşiqin, ey gül, sənə zalim deməyə,Rəhmsizdir bu gözəllər, dedilər, mən də dedim.

Bağı-cənnət də cəmalın kimi olmaz, bilirəm,Ləbinə çeşməyi-kövsər dedilər, mən də dedim.

Afərinlər, ol təbiət ki, gözəllər yaradıb,Nə qədər xilqətə afər dedilər, mən də dedim.

Ey Züleyxayi-zaman, bircə sənin xatirinəYusifi-Misrə peyəmbər dedilər, mən də dedim.

El içində nə qədər gör mənə təsir elədi,Sevdiyim şuxə sitəmkər dedilər, mən də dedim.

Qəzəl ustadı füzuliləri var ölkəmizin,Vahidi onlara çakər dedilər, mən də dedim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love