Öyünmə çox, gözəlim, çox da gözlərin qaradır!Təbiətin işidir, gündə min gözəl yaradır.

Bu canı istə verim, özgə bir şeyim yoxdur,Mən aşiqəm, nəyim olsa, mənimki aşkaradır.

Səni görən kimi aləm mənə behiştə dönür,O gün ki, gül üzünü görməsəm, günüm qaradır.

Rəqibə vermə nişan, yaxşı saxla qoynunda,Mənim də eşqim o bir cüt dərilməmiş naradır.

Desəm qılınc qaşına, qorxuram dilim kəsilə,Sözün düzü, nə bilim, bəlkə əyri ayparadır?!

O yerdə ki, dəli könlüm səni gəzib soruşur,Özüm də bilməyirəm çox zaman, o yer haradır?

Rəqib tənəsi, Vahid, mənə toxundu o gün,Sızıldayır ürəyim, sanki ox dəyib, yaradır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love