Ey könül, eşq aləmin seyr et, bu aləm başqadırKim, bu aləmdə məsərrət başqa, matəm başqadır!

Dəm qənimətdir, demişlər, bir gülüzlü yar iləHəmdəm ol, mey camın əldə tut ki, bu dəm başqadır!

Mən necə əbrulərə mahi-məhərrəm söyləyim,Bu qılınclar başqadır, mahi-məhərrəm başqadır!

Kim desə keysuyi-pürxəm zülfünə, divanədir,Eşqdə zəncir başqa, zülfi-pürxəm başqadır!

Kuyinə gəlməzsə zahid, vəchi var, məzurdur,O ki, cənnət var, demişlər, onda Adəm başqadır!

Qətrə-qətrə tər düzülmüş ruyinə, şəbnəm deyil,Pürbəha dürdanədir, gül üzrə şəbnəm başqadır!

Şerdən bəhs etmə, Vahid, biz də dünya görmüşük,Şerdə Azər kimi ustadi-əzəm başqadır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love