Billahi, vəfasız demək ol şuxə cəfadır,Yüz dəfə cəfa qılsa mənə, eyni vəfadır!

Müşki-Xütən olmaz səri-zülfün kimi xoşbu,Hər kim desə çin zülfünə gər müşk, xətadır!

Mən eyləmə eşq əhlinə meyxanəni, zahid!Meyxanə mənim ruhim üçün dari-şəfadır!

Ali olan insanlara cəhd eylə, qulam ol,Şah olma, o naəhlə ki, əcdadı gədadır!

Kimdir, dedim, aşüftə qılan zülfi-siyahin?Niqtə gəlib ol şux dedi: – Badi-səbadır!

Vahid, yanacaqsan, bilirəm, nari-fəraqə,Virdin dəxi bundan sora ah ilə nəvadır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love