Sevgilim, bu bağda biz də bağbanıq,Bu gül, bu laləzar, qoy bizim olsun!Özümüz zövq alaq güllərimizdənBü gülşən, bu bahar, qoy bizim olsun!

Bu ellər bağıdır, indi biz gərək,Hamımız bir yerdə əkib-becərək.İzn ver, bu bağdan biz də gül dərək,Səfalı ruzigar, qoy bizim olsun!

Hamının payı var ana vətəndə,Tək durma, gəl qoşul bizimlə sən də,Bülbültək səsləşək bağda, çəməndə,Təbiətdə nə var, qoy bizim olsun!

Demişlər bu sözü bizdən qocalar,Elindən ayrılan çox tez qocalar,Barıyla hər ağac artar, ucalar,Şad ellər, şən diyar, qoy bizim olsun!

Dünya ellərinin bəxtiyarıyıq,Sülhün, ədalətin bayraqdarıyıq,Məzlum insanların tərəfdarıyıq,Sədaqət, etibar, qoy bizim olsun!

Mən ki ayırmıram eldən özümü,Dikmişəm xalqıma iki gözümü.Vahidəm, sevgilim, bu bir sözümü,Saxlayaq yadigar, qoy bizim olsun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring