Müğənni ən incə teli gözləyər,Nəğmə gözəllikdir – ona göz dəyər.Bir bülbül şərqisi eşitsəm əgər,O səs ceyran kimi hürküdər məni.

Həyatım sevincdi, dalğın kədərdi,Qaranquş nəfəsim uçub gedərdi.Deməyin Şövkətin səsi hədərdi,Bir daha tapammaz bu ellər məni.

Mən qoca Şərqimin müğənnisiyəm,Şəlalə səsiyəm, bulaq səsiyəm,Arazın axarlı zümzüməsiyəm,Hər iki sahildə sevərlər məni.

Təranəm gəzsə də bütün cahanı,Deyin, torpağımtək bir məkan hanı?Bir gün mən görməsəm Azərbaycanı,Boğar varlığımda qəm, kədər məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland