Qara qaşlı, qara gözlü qızların,Nəğməsinə xoş nəğmələr qarışdı.Göy ətəkli, bol məhsullu düzlərin,Sinəsində neçə ürək alışdı.

Qapıb sübhün zərif duman tülünü,Səhər mehi dağ döşündə itirdi.Göy kolların qozasını, gülünü,Bizim qızlar nəfəsilə yetirdi.

Açdı, saçaq-saçaq oldu qozalar,Göy kolların gümüş teli parladı.Deyirlər ki, payız fəsli boz olar,Şimşək çaxdı, göy üç dəfə gurladı.

...Göyə baxdı bu qızların qəşəngi,Onun şəhla gözlərinin bu odu, –Xəncər kimi parçaladı buludu,Güldü günəş, – güldü göylər çələngi.

Al şəfəqlər içdi büllur şehləri,Yenə kollar ağ örpəyə büründü.Yaraşıqlı doğma vətən çölləriİndi daha məlahətli göründü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets