Kef elə, yorğana gir
Xabi-qəflətdən kənar ol, haqq olan meydana gir,Mərd ol, meydangir ol, sən haqq ilə peymana gir.
Əsrlərdir qanına şeytan girib, allanmısan,İndi gey haqqın libasın iblisə, şeytana gir.
Ey didərgindən, fəqirdən, buz çadırdan bixəbər,Gündə bir canan ilə sən kef elə, yorğana gir.
Həndbolda biz uduzduq, kəndbolda fənd bol,İndi ta hər yan yanındır yanı tut hər yana gir.
Umma dövlətdən maaş sən bu əsrdə, ey həkim,Bir xələt tikdirginən xurcunfason, imkana gir.
Milləti «rentgen» elə, gör «göylü» ya «şirvan»lıdı,Göylülərdən çıxmasa bir şey əgər şirvana gir.
Ta qədimlərdən ki, zindandan gəlib haqqın səsi,Məsləhətdir haqq gəlincə, ey Baba, pünhana gir.
19 noyabr 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-kef-ele-yorgana-gir
Use ← → keys to move, R for a random poem
More by this author
Mən həvadan yazmıram, haqqdan gəlir beynimdəki,Ağ varaqlar üstə sonra həkk olur zeynimdəki.
Qoyun çobanı gəzdirirKülək əsir yavaş-yavaş, təmiz havanı gəzdirir,Sözün sədası şairi, eli-obanı gəzdirir.
Əcdadı bilinmirBir tazə qurum qurduq, onun adı bilinmir,Gün qarə olan yerdə, balın dadı bilinmir.
Pünhan həmən Pünhandı daHeç məəttəl qalma gəl, dövran həmən dövrandı da,Adəmi yoldan edən şeytan həmən şeytandı da.