Külək əsir yavaş-yavaş, təmiz havanı gəzdirir,Sözün sədası şairi, eli-obanı gəzdirir.

Kimi mənəm-mənəm deyir, «Cip»in sürüb «krek» geyir,Kimi bal halvasın yeyir, kimi tavanı gəzdirir.

Şəhidləri olan elin, həyatı qəmli olmalı!!!Ayıblar olsun ol kəsə, zəri-zibanı gəzdirir.

Vətən geri qayıtmamış, dodağa çəkmə qırmızı,Hələ bu qəlbdə çoxu Vətən çibanı gəzdirir.

O dağların, o düzlərin əsir düşən gəlinləri,Bilirmi burda ərləri o «dikdaban»ı gəzdirir?

Əkən də alver eyləyir, biçən də alver eyləyir,Rayonda kimsə görmədim, beli, yabanı gəzdirir.

Baha olunca ət, daha qoyun çobanı saymayır,Şəhərdə ətdənən qoyun, sürüb çobanı gəzdirir.

Əlində dəftər eyləyib, yazıb Baba elin qəmin,Dilində əzbər eyləyib, elim Babanı gəzdirir.

18 dekabr 1996. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland