Yurdun sərvətini talayan alçaq!Onsuz da erməni talayır bizi.Niyə od vurursan ürəyimizəDərd öz ocağına qalayır bizi!

Bu nə vurhavurdu, bu nə qazancdı?Millətin didərgin, millətin acdı,Pul hansı hikməti üzünə açdı,Nadanlıq qurd olub dalayır bizi.

Gövdəm baltalanır, qolum dollanır,Dəllallar dilində adım hallanır,Xalqın çörəyinə itlər yallanır,Sonra dil çıxarıb yalayır bizi.

Rüşvət məzənnəni qovzama belə,Haramı fikrimə qazıma belə,Qardaşın qanına susama beləYa çıx qardaşlıqdan, al, ayır bizi.

Pozdun damarından axan bu qanı,Bilmədin zamanın haqu yolu hanı?Hərraca çıxartdın insanlığınıAllah da heyvana calayır bizi!

İyun, 1994

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland