Yol tapmayıb üz tuturam Tanrıyaİşimizi sözümüzdən qorusun.Bu bir dərddir, kim duymasa o duyar,Əl çalanı kürsümüzdən qorusun.

Təpəmizə dağlar şahı deyirik,Koma hörüb saray qədər öyürük,Əyri gözlə dost yükünü əyirikGöz dəyəni gözümüzdən qorusun.

Haqq axtaran yarasına düz əkdi,Nəfsin boğan bir mahala bəzəkdi,İlk nübarı, pak ocağı, düz əhdiQapı güdən izimizdən qorusun.

Min ev yanar bir ocağın qoruna,Yüz mərd düşər bir namərdin toruna,Ordu gərək satqınından qorunaÇoxumuzu azımızdan qorusun.

Əsir etdi ömrü bəhsə-bəhsimiz,Qeybət qırdıq kəsilincə səsimiz,Belimizə çox yük vurub nəfsimizQarnımızı ağzımızdan qorusun!

Tərs baxışdan zəhər damır çörəyə,Soyuq sözdən şeytan girir ürəyə,Tək zirvəni duman da tez bürüyər,Sevgimizi nazımızdan qorusun.

Ev tikənəm, qonşum quyu qazandı,Sağım yazır, sol əlimsə pozandı,Başqasına cavab vermək asandıAllah bizi özümüzdən qorusun.

27.X.1992

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets