20 yanvar xatirəsi
Bura şum yeri deyil,Saxla, kotanı, saxla!Çək dəmir cilovunu,Qızmış atını saxla!
Hərəsi bir buğdadıbir sünbülün içində,hərəsi bir ləçəkdi –qızıl gülün içində!
Tək-tək gəlməyiblər ki,təkləyib yatırasan,Yüz min ürək əriyibbir ürəyə dönübdü.Tək-tək danışmırlar ki,səsini batırasanBirisinin sözündəyüz min haray dinibdi!
Başı kim, ayağı kim –daha seçə bilməzsən.Dəmir bıçaq olsan dakəsib keçə bilməzsən!..
Yüz min cavan üz yanır,doğrasan qanı çıxmaz.Vaxt da onların qulu,dartma zamanı, çıxmaz!
Şəhər göz dənizidi,qara tufandı şəhər.Balaca dalğasındadünyalar silkələyər!
Qaldırın bu çiçəyitəpiklərin altından.Çıxarın ürəyimitətiklərin altından!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-20-yanvar-xatiresi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Aç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
Gözlə, gözlə sənDedim, könül keçmə söz sərhəddini,Öz sözündən öz-özünü gözlə, sən.
Olmaz, olmazAşiq olan eşqə düşər, dərd çəkər,Mənim kimi dərdi yüz olmaz, olmaz.
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.