Uzaq elli əziz dostum soruşdu:– Sizin Bakı söylə, necə şəhərdir?Dedim: – Qardaş, mənim doğma şəhərimYazılmamış, oxunmamış əsərdir.

Çiçək desən – könül açan çiçəyi,Külək desən – ev uçuran küləyi,Qasırğada ağ dalğalar ləçəyi,Sakit gündə gözü mavi Xəzərdir.

Nəğməsidir zavodların fit səsi,Suya düşüb buruqların kölgəsi.Ətirlidir bağlarının meyvəsi,Ağ şanısı elə bil ki, şəkərdir.

Dost görəndə tükənməyir hörməti,Düşmən görsə, dərya olur nifrəti,Bir qədər də dəlisovdur adəti,Əziz dostum, Bakı belə şəhərdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets