Dante
Oldu cüdayi-vətən ömrünün gənc yaşında,Nə rütbəsi, nə böyük şan-şöhrəti var idi,Nə dəfnə yarpağından çələng vardı başında.
Xəyalında dolaşan şirin arzular idi:Çıxar Florensiya rəzalət caynağından...İstəyi bir uğurlu, çiçəkli bahar idi.
Bonifatsi o zaman kəlisa bayrağındanTutmuşdu ikiəlli, əməlində fitnə, şər.Əxlaqsızlıq yağırdı kilsənin qucağından.
Nadan ikiüzlülər, rüşvətxorlar, əyrilərKilsədə vaiz idi, təxti-tacda hökmran.Keşiş hakimdən alçaq, hakim keşişdən betər.
O şəxslər ki ömrünü verə bilərdi qurbanGülsün Florensiya, çatsın şana-şöhrətə –Onlar zindan küncündə çürüyürdü haçaqdan.
Lakin İtaliyanı bir parça yağlı ətə,Ya bir boyun xaçına, bir rütbəyə satanlarQurşanırdı sarayda keyfə, eyşü-işrətə.
El malını xəlvəti öz malına qatanlar,Özlərinə seçərək şit məddahlıq peşəsi,Bu yolla da yüksəlib ad-sana çatanlar.
Göz dolu, könül dolu çəkib həyat nəşəsi,Hər cür alçaqlığı da çevirirdi qanuna...İtaliya – dünyanın şeir, sənət guşəsi.
Elə bu vaxt Danteni bəxş elədi cahana,Demək mərd övladını dar gündə verir vətən,Taleyini oğluna belə tapşırır ana!
Fəqət o nə keşişdi, nə də hökmlər verən,Yalnız qələm-kağızı, təbi, ilhamı vardı.Arno sahillərini seyrə çıxardı hərdən.
Gözəlliyə, saflığa xoş sonetlər yazardı.Bir gün gəldi rastına Beatriçe – gözəl qız,Varlığını sönməyən məhəbbət odu sardı.
Bəlkə də olmasaydı həyat belə amansız“İstidən donardı o, soyuqdan yanardı o!”Bir məhəbbət şairi olub qalardı yalnız.
Köhnə nəğmələrin də zəncirini qırdı o,Keçə-keçə “Əraf”ı, “Cəhənnəm”i, “Cənnət”iİtaliya ellərinə sanki bir-bir vardı o.
Buna görə özünə vətən etdi qürbəti,Beatriçe – gözəllik, Vergili – zəka, ağılOldu ilk müsafiri, həyanı, həmsöhbəti.
Həyatda gördükləri nə əfsanə, nə nağıl,Nə xəyal məhsuluydu – acı həqiqət idi.Hayqırdı var səsiylə: ey həyat, uçul, dağıl!
Bunu deyən nə kilsə, nə də səltənət idi.Adi şair deyirdi bu atəşli sözləri –Əsrlərə, xalqlara bu bir xitabət idi.
Onunçün də əbədi sürgünlər oldu yeri,Yer tapmadı yurdunun torpağında, daşında.Arzusu xoş gələcək, azad vətən səhəri.
Nə dəfnə yarpağından çələng vardı başında.Nə ad-sanı; ilhamı güntək saçsa da ziya.Oldu cüdayi-vətən ömrünün gənc yaşında.Bax, beləcə yarandı “İlahi komediya”.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-dante
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Mən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
Xoş ol zaman ki, xalq yatıb bizəban idiXoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,
GözəlGözlərin şöləsi min aya bənzər,Salmısan atəşə, a zalım gözəl.