Laklı çəkmə ayağında,Enli kəmər belində,Durdu güzgü qabağında,Zərli daraq əlində.

Saçlarına sancaq taxdı,Burdu, yığdı bir qalaq.Öz-özünə bir də baxdı —Qamət çinar, sinə dağ.

Anasının sürməsindənAzca çəkdi gözünə.Birçəyinin hörməsindənHalə etdi üzünə.

Sürtdü boyun-boğazınaİki damcı loriqanÜrkək-ürkək dörd bir yanaBaxıb, çıxdı otaqdan.

Elə bil ki, sıyrılırdıİti qılınc qınındanDemək bu gün ayrılırdıQız öz uşaqığından.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets