Daş atdım — su ləpələndi,Halələndi, halələndi.Üzük-üzük haləyə bax,İstəyirsən al, nişan tax.Haləyə bax, günəş kimiİsindirir ürəyimi.Haləyə bax, qaval-qavalGötür sevgi rəqsini çal.Görünmür halələr indi,Sanki sular ütüləndi —Gözüm dörd oldu, dörd oldu.Sanki sular dondu birdən —İz qalmadı halələrdən,Mənə dərd oldu, dərd oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets