Daşdan yaza-yaza elə bilməyinSoyuq daşa dönüb ürəyim mənim.Bunu yaxşı bilir yaxın da, yad da:Daim daşdan çıxıb çörəyim mənim.

Daşlar yara açıb bəzən üzümdə,Daşlarla qanayıb mənim dizim də.Dünyanın Femida tərəzisindəDaşla çəkilibdir əməyim mənim.

Soyuq daş oduna qızanda canımDaşlar insan kimi olub həyanım,Gah silahım olub, gah da qalxanım,Daim daşlar olub gərəyim mənim.Əsiri olmadım dövlətin, varın,Axı, nəyi yoxdu bizim diyarın?!Əli kəsilsəydi talançılarınQızıldan olardı dirəyim mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets