Hələ gəncliyindən alnı qırışdı,Saçını ağarmış tellər bəzərdi.İstili-bürkülü, qarlı-yağışlıMuğan çöllərini atlı gəzərdi.

Şalvarı qalife, çəkməsi dizdən,Günlüyü bir qarış papağı vardı.Komissar boyunlu köynəyin üstənDörd barmaq enində qayış vurardı.

“Yeni yol”, “Kommunist”, “Bakı fəhləsi”Daim ağarardı yəhər qaşında.Görəndə kiçicik söyüd kölgəsiAçıb oxuyardı bir arx başında.

Cibinə qoyduğu bir parça çörəkBəzən quruyardı,

Yaddan çıxardı,Yemlik, quşəppəyi, yarpız, göbələk –Muğanın min dadlı neməti vardı.

Şamda eləyəndi o, naharını,Süfrəsi göy çəmən, yoncalı düzən.Bizi – çox sevdiyi övladlarınıHəftədə bir dəfə görmürdü bəzən.

Gecələr evə də gəlmirdi çox vaxt,Çöldə gözləriylə ulduz sayırdı.Taxılı, pambığı azğın qolçomaqO vaxt odlayırdı, dəryazlayırdı.

Yanan torpaqlardan kəsirdi suyu,Doymuş torpaqlara su buraxırdı.Yasa çevrilirdi bəzən el toyu,Dava da düşürdü, qan da axırdı.

İlxıya, naxıra, başsız sürüyəBir gündə qəfildən qırğın düşərdi.Toxum səpilməmiş hələ sahəyəZiyankar əlilə evdə bişərdi.

Muğanda ilk kolxoz yaradan atamOna ilk sədr idi.Biçib-əkirdi.Yeməyi, içməyi unudub tamam,Kolxoza əsgərtək keşik çəkərdi.

Evə gec gələrdi.Anam cavandı,Qısqanclıq, şübhələr onu üzərdi.Görərdin söz-söhbət yenə uzandı,Ər-arvad söhbəti...Atam dözərdi.

Bir həkim baxardı üç para kəndə,“Məxsus-müalicə” qalsın bir yana.Cavan kolxoz sədri xəstələnəndəÇöllərin havası dərmandı ona.

Onda elə idi.İstirahətiKöhnə qvardiya işdə görürdü.Nə eyib sanırdı onlar zəhməti,Nə də ki, salamı rüşvət verirdi.

Nə soyuq bilirdi atam, nə isti,Nə də hay-küy salıb yaxa cırırdı.“Lenin firqəsinin bir kommunisti” –Özünü o belə adlandırırdı.

...İllər gəlib keçdi qaralı-ağlı,Kəndimiz böyüdü, kolxoz boy atdı.Atamın – gənc sədrin adıyla bağlı,Nə varsa –Elimiz sevdi, yaşatdı.

Bir inək beş oldu, bir qoyunsa yüz,Bir sünbül dəstərxan dolusu oldu.Muğan – o, su deyib haray salan düzBuluddan su aldı, Kürdən su aldı.Yolum o yerlərə düşübdür yenə,Kürün sahilində gəlib dayandım.Hər ləpə bir tarix danışdı mənə,Nədənsə ilk dəfə atamı andım.

Şalvarı qalife, çəkməsi dizdən,Günlüyü bir qarış papağı vardı.Komissar boyunlu köynəyin üstənDörd barmaq enində qayış vurardı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets