Qüssəli çağlarındaSənin dodaqlarındaTəbəssüm görünübsə,Gülüşə bürünübsəKədərlərin bir anda —Bu uğurlu zamandaDemək hələ mən varam!

Ümid dumanda, çəndəSəni atıb gedəndə,Qəlbinə şölə kimi,Kiçik bir gilə kimiTəzə ümid dolubsa,Belə günün olubsa,Demək hələ mən varam!

Qış – şaxtadan qılıncı,Çiynində ağ yapıncıƏlini kəsən zaman,Sərt yellər əsən zamanBir çiçək görmüsənsə,Əyilib dərmisənsə,Demək hələ mən varam!

Baharınam xəzanda,Bələdçinəm azanda,İşığınam zülmətdə,Həyatınam qürbətdə,Sənin çətin anındaMən hazıram yanında,Demək hələ mən varam!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets