Yoluna baxıram mən dönə-dönə,Hər kölgə bir vüsal vəd edir mənə.Məktubun arası kəsildi yenə,Günahkar qələmmi, kağızmı? Yoxsa...

Bilir həsrətimi məni eşidən,Könül kövrək olur nazik şüşədən.Məni gah yandıran, gah da üşüdənBitməz ayrılıqmı, payızmı? Yoxsa...

Namərddir bir dönük eşqə ağlayan,Soyuq köks ötürüb diz qucaqlayan.Sevgi dastanımı tərs varaqlayanKüskün taleyimmi, o qızmı? Yoxsa...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love