Desələr səfərə çıxmaq gərəkdirƏn uzaq səfərə məni göndərin.Min zülmət olsa da yarıb keçərəm,İşıqlı səhərə məni göndərin.

Ürəyim yol çantam, yüküm arzular –Gedərəm nə qədər canımda can var.Desələr xəzana əsirdir bahar –O yerə, o yerə məni göndərin!

Taledə rahatlıq axtarmıram mən,Nə çıxar süst keçən durğun ömürdən?!Desələr yolunu kəsəcək hərdənSıldırım, dağ, dərə – məni göndərin!

Açacaq sirrini talelər mənə,Deyəcək tənələr, gileylər mənə.Sevincim dəryadır – bəs eylər mənə,Qüssəyə, kədərə məni göndərin!

Gümanım şerədir, bir də qələmə,Bir də bu torpağa, doğma elimə.Onların uğrunda bir gün ölümə –Bax, o son səfərə məni göndərin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets