Ya qonaq, ya qərib, ya səyyah ol sən,Harda könül açan mahnı eşitsən,Dinləsən ürəkdən qopan bir hava,Görsən qonaq sevən bir el, bir oba,Görsən açıq ürək, mehriban sifət,Görsən təmiz duyğu, təmiz məhəbbət, –Deməli, əzizim, bizim eldəsən,Şirvanda, Muğanda, ya da Mildəsən.Ya Kürün, Arazın qırağındasan...Bir söz – Azərbaycan torpağındasan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland