Gözüm eydür könlümə: şol huri-məhvəşdən saqın,Könlüm eydür: yürü sən1, var san şol, gözü qaşdan saqın.

Könlümü gözüm xəyalünə vətəndir gərçi kim,Ey sənəm, billah, lütf et, abu atəşdən saqın.

Ey bəlalü dil-şikəstə, vey pərişan-hal, eşidSözümü: şol cadi sünbül, zülfi-sərkəşdən saqın.

Sana gər rüsvayi-xəlq olmaq gərəkməzsə, a dil,Yürü var şol məsti-cadu iki sərxoşdan saqın.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ol həbibi-bivəfanın qövlinə inanma sən,Ey Həbibi, sana dedim abu atəşdən saqın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love