Bir qız keçir küçədən – bir gözəllik timsalı
Bir qız keçir küçədən – bir gözəllik timsalı:Necə təsvir edim mən surətini, boyunu?!Hamını heyran etmiş ala gözü, camalıHamı ayaq saxlayır, dönüb seyr edir onu.
Saç-saqqalı ağarmış, dünya görmüş bir qocaDayanır bir anlığa, çeşməyini düzəldir.O da cavanlar kimi, gözəl qıza baxıncaKöks ötürüb dərindən, deyir: “Bəli, gözəldir!”
Onun ömrü keçibdir, onun saçları qartək,Bu gün-sabah bəlkə də karvanını çəkəcək,Bəs o gözəl afətə həsrətlə niyə baxdı?
Gözəllikdən doymayır, doya bilməyir insan,O pirani qoca da, ey dost, mənə gəl inan,Gözəl qıza baxmadı, yox, gözəlliyə baxdı!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-bir-qiz-kecir-kuceden-bir-gozellik-timsali
Use ← → keys to move, R for a random poem