İnsan özü versin öz qiymətini,İnsan özü versin öz cəzasını!Gözəllik artırar təravətini,Həyat da dəyişər öz mənasını.

Uçulub dağılar islah evləri,Hakim vicdan olar məhkəmələrdə.Qara bayrağıyla tərk edər yeriBəşərin bəlası fitnə də, şər də.

Hər kim ki, Vətənin bir çərəyiniHətta ləkələsə ehtiyacından, —Gəlib özü assın öz ürəyiniXalqın qarşısında dar ağacından.

Cinayət başında tutulmayanlarQoy özü özüyçün məhkəmə qursun.Zindanlar küncünə atılmayanlarQoluna qandalı qoy özü vursun!

Vətən beləsini bağışlayar da,Onda ana qəlbi, ana gözü var?Ellər bu qərarı alqışlayar da,Vətənin sözünə kimin sözü var.

Büdrəsən qolundan tutar el sözü,Büdrəmək dönməsin ancaq vərdişə.Kölgəli deyilsə insanın gözüQara çeşməksiz də baxar günəşə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland