Mənim
Bilmirəm ki, nə bəlalı qul oldum,Əzəl qara gəldi iqbalım mənim.Nə zaman ki, nəzərimə sataşır,İtir ağlım, huşum, kamalım mənim.
Əsli-Kərəm kimi mən oda yandım,Eşqə düşdüm, öz canımdan usandım,Bimürvətin atəşinə qalandım,Bir soruşan yoxdu əhvalım mənim.
Siyah zülfün dal gərdəndə hörəsən,Əl uzadıb, qönçə gülün dərəsən.İstəsən ki, Ələsgəri görəsən,Göyçə mahalıdı mahalım mənim.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-menim-2
Use ← → keys to move, R for a random poem
More by this author
Məğrurluq eyləyib "ustadam" demə,Vaxt olar, bir yerdə dara düşərsan.
GəlsinHər kəs sərdən keçib mərdü-mərdana,Baş qoysun bu yolda, meydana gəlsin!
Gözüm qaldı bir alagöz gəlindəGözüm qaldı bir alagöz gəlində,Sinəmi yandırır eşqin fərağı.
Xəbərin varmıAla gözlü, nazlı dilbər,Elindən xəbərin varmı?!
Poems by other poets · Love
Mən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Hiç sünbül sünbüli-zülfün kimi mişkin degilHiç sünbül sünbüli-zülfün kimi mişkin degil,Nafeyi-Çini saçın tək derlər, əmma çin degil.
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,