Elə bildim bahar gəldi
Elə bildim bahar gəldi,Sellər coşdu, sular gəldi,Yaz müjdəli qaranquşlarUçdu qatar-qatar gəldiKüçəmizdən keçəndə sən.
Gur işıqlar şölələndi,Hər tərəfə nur ələndi.Ay da, gün də, ulduzlar daElə bildim yerə endiKüçəmizdən keçəndə sən.
Keçdi bulud, yatdı külək,Qönçəsini açdı çiçək.Neçə təzə nəğmə qoşduİnsan kimi dindi ürəkKüçəmizdən keçəndə sən.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-ele-bildim-bahar-geldi
Use ← → keys to move, R for a random poem
More by this author
Nə vaxtsa yaranmış bu əfsanəyə,Əzizim, bu günün gözləriylə bax.
Hər şeyi təzədən başlayaq gəlinHər şeyi təzədən başlayaq gəlin,Ömrün anını da, saatını da,
Gizlətmə gözünü, gözünə qurbanGizlətmə gözünü, gözünə qurban,Ürək görünməyir göz gizlənəndə,
Bəzən düşünürəm: köhlən bir atamBəzən düşünürəm: köhlən bir atam,Yollarda at kimi səkməliyəm mən,
Poems by other poets · Nature and spring
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Uşaqları məktəbə şövqləndirməkUşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
O görükən dağlar sizin dağlardıBaşına döndüyüm, a Nərgiz xanım,O görükən dağlar sizin dağlardı.