Nə vaxtsa yaranmış bu əfsanəyə,Əzizim, bu günün gözləriylə bax.Elə et bugünkü hər an, saniyəSabah bir əfsanə görünsün ancaq.

Zəfər dastanını bu gün elə yaz,Desinlər azmanmış, yoxsa nə imiş?Desinlər həqiqət bu boyda olmaz,Desinlər yəqin ki, əfsanə imiş.

Gör nələr həqiqət görünür bizə,Əfsanə insanı hara aparıb:Həqiqət deyirik ulu Hürmüzə,Əfsanə sanırıq – Fərhad dağ yarıb.

Xəyalı mat qoyan bir əfsanədənAyırmaq olmursa bir həqiqəti –Belə həqiqətə, əfsanəyə mənDeyirəm insanın, ömrün zinəti.

Faşist bayrağını endirməyimizSabah bir əfsanə sayılacaqdır.Aya canlı insan göndərməyimizDönüb əfsanəyəyayılacaqdır.

Heyranam xalqımın zəkasına ki,Əfsanə uydurub torpağa bağlı.Baş vurub tilsimlər dünyasına ki,Tilsimi sındırsın idrakı, ağlı...

Məlikməmmədi də xalq yaradıb ki,Eldə ona bənzər qəhrəman olsun.Zülmət dünyasına onu atıb ki,Özünü zülmətdən qurtaran olsun.

Bəlkə Məlikməmməd yaranmasaydı,Nə Şamil olardı, nə də ki Babək.Hansı zülm əbədi yerində saydı,Əriyib getmədi güney qarıtək?

Ağ div uydurubdur aqil babalar,Udar yer şarını bir tikə kimi.Bugünkü cahangir, həris qəsbkarXalqın yaratdığı ağ div deyilmi?

O dədəm Qorqudu, Burla xatunuƏsrlər keçsə də el unutmayıb.Sürüb qoç Koroğlu öz Qıratını,Neçə qəsbkara divan tutmayıb?

Adda Üçtibindən Qalaqayına,Arazı ömründə daşan görmüsən?Baxmayıb ellərin hay-harayınaSaranı götürüb qaçan görmüsən?

Bu sözlə, Xançoban deyir ki mənəİstəsən Arazı daşırmaq olar.Hər kiçik ləpəni çevirib kinəMəftillər üstündən aşırmaq olar.

Ah, yazıq babalar, aqil babalar,Hər kiçik sözünüz örnək, bir alom!Vurğun sizə deyib “cahil babalar”,Mən onun yerinə üzr istəyirəm.

Siz sonsuz idrakla, sonsuz hünərləMüşküllər açırsız, tilsim qırırsız.Siz bu həqiqətli əfsanələrləBizi özümüzə tanıtdırırsız...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland