O görükən dağlar sizin dağlardı
Başına döndüyüm, a Nərgiz xanım,O görükən dağlar sizin dağlardı.Fikirim, xəyalım, elmim, gümanım,O görükən dağlar sizin dağlardı.
Atuçan, Daşlıçay, Çiçəkli, Lilpar,Qoy deyim yerbəyer, dinarbədinar.Yanında görünən künbəzli minar,O görükən dağlar sizin dağlardı.
Gəzib o yerləri, Musadır halı,Sədrinin yaylağı, Əyrinin yolu.Çimən tamaşalı Düşəlgə gölü,O görükən dağlar sizin dağlardı.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-musa-o-goruken-daglar-sizin-daglardi
Use ← → keys to move, R for a random poem