Ovçu
Kamil ovçu daldalandı pünhana,Gözləyir ki, gəlsin maralı ovçu.Düzəldib xədəngin qurdu nizama,Gətirsin nışana maralı ovçu.
Biz müştaqıq sona kəklik səsinə,Yaxşı ötür bir-birinin bəsinə.Ovçu, ovun gəldi bərəlgəsinə,Qoymaynan addasın maralı, ovçu.
Qulaq asın siz Musanın səsinə,Hər kəs də aşiqdi öz peşəsinə.Marallar hürküşdü güllə səsinə,Qaçırtdı əlindən maralı ovçu.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-musa-ovcu
Use ← → keys to move, R for a random poem