Səndən uzaqdaQərib torpaqdaHəsrət qaldım mənə əziz,Dadlı-dadlı, ləziz-ləzizBircə qaşıq xörəyinə,Bir doyumluq çörəyinə,Nə göründü sənin yerin!Hanı dolu süfrələrin?Sən verdiyin qonaqlıqlarGəzir dildə şüar-şüar.Qonaq nədir, xərclədi nə?Sən qoymadın öz cibinəƏl salmağa bir qonağı.Aşı, südü, balı, yağıDüzdün onun qabağına.Belə baxdın qonağına.Anlayarsan indi məni –Hər loxmanı, hər tikəniYad ölkədə, deməli, sənÖz puluna yeməlisən.Tök ortaya pullarını:Dinarını, dollarınıƏsirgəmə, yığ araya.Üç qəpiklik cığarayaVer bir günlük yeməyini.Yaylığını, köynəyiniSən yudurtsan bir qarıya,Demək, getdi pul yarıya.Ütü çəksə şalvarına,Demək, qaldın acqarına.Dilin kəsmə düz deyənin,Arıqlamaq istəyəninƏsl yeri, bax, buradır.Demə, bunlar macəradır.Demə, bunlar rəvayətdir –Yaşadığım həqiqətdir.Yad ölkəyə gedib sən də,Bax, bunlara rast gələndə,Qorxma, öyrəş bu dəbə sən...Axı, burda əcnəbisən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets