Atalar dönsəydi qanlı cəbhədən
Atalar dönsəydi qanlı cəbhədən,Dursaydı bizimlə çiyin-çiyinəSaqqal ağartsaq da,İnanıram mən,Kişi deməzdilər bizlərə yenə.
Ana tabutunun qarşısında bizƏgər durmasaydıq başıaşağı,Saçı ağartsaq da,Şəksix şübhəsiz,Bizə deyərdilər ana uşağı.
Boy atıb oğlumuz, qızımız əgərBizi keçməsəydi qovaqlar kimi,Yenə hamı bizə“Körpədir” deyər,bizə baxardılar uşaqlar kimi.
Əzəldən həyatın hökmü belədi,Döysə də yollarda külək, qar bizi –Görürsən,Ad verib kişi elədiAtalar, analar, övladlar bizi.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-atalar-donseydi-qanli-cebheden
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Piri-meyxanayə bax, Cəmdə nə var Keydə nə var?Bəxşişə seyr elə, Hatəmdə nə var, Teydə nə var?
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
موسی بکوه طور بنور عیان رسیدتوفیق وصل یار عنان در عنان رسید
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm