Kuyin sənin ki, rozeyi-darüssəlamdir,Mehrab qaşların ona, çeşmin imamdir.

Heç bilməzəm bu dünyada əyyami-ruzigar,Ruy ilə zülfiniz mənə sübh ilə şamdir.

Bədnam qılma könlümi, aşiq deyib, həsud,Aləmdə eşq adı belə nik namdir.

Yar məclisində badəvü cam istəmən müdam,Kim gərdəni sürahi, onun ləli camdir,

Mən eyləmə Xətai kəlamini, ey rəqib,Yaz dəftərinə sözləri nəzmü nizamdir.

Göydəki mahin liqasi dust didarındadır,Afitabın yüzü ol xurşid rüxsarındadır.

Vəsl-ümidinə gəzər, miskin könül olmaz həlak,Yoxsa çox hicran bəlası çeşmi-bimarındadır.

Ahu tək aşiqlərin könlün neçün seyd etməsün,Ol qədər kirpük oxu kim çeşmi-xunxarındadır.

Aqibət tufan qopar, bir gün cahanı qərq edər,Seyli-baran kim, bu aşiq çeşmi-xunbarındadır.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bu Xətai şerinə münkir nədənsən, zahida?Atəşi-eşqin nişanı odlu göftarındadır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love