Ta düşübmən eşqinə, hicrində mən zarəm hənuz,Dami-zülfin bəndinə mürği-giriftarəm Hənuz.

Ta ki, mən bülbül təki gülzari-hüsnin görmüşəm,Ta əbəd tərk eyləmən dəreşqi-gülzarəm Hənuz.

Şəmi-rüxsarini ta kim, görmişəm, ey məhliqa.Gögdə yıldızlar kimi hər gecə bidarəm hənuz.

Ta yüzin gördim sənin, mən ey təbibi-dərdi-eşq,Sanma kim, buldum şəfa dərdilə bilmarəm hənuz.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bu Xətai yar ilən qalu bəlidən qıldı əhd,Həq bilür kim, bərsəri-an əhdü iqrarəm hənuz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love