Aşiq isən gəl bərü, kim, cani-canan məndədir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Aşiq isən gəl bərü, kim, cani-canan məndədir,Zahida, sən xandasan, kim, nuri-iman məndədir.
Məndədir yer ilə göyin hikməti, həm qüdrəti,Abu atəş, xakü badü cümlə ərkan məndədir.
Həqtala dörd kitabı göydən endirdi yerə,Mən onu istəməzəm, çün külli-fürqan məndədir.
Katiba, ağu qərayə baxma səni azdırur,Aç qulaq, dinlə sözüm, avazi-quran məndədir.
Pəhləvanlar, çün cahanda Rüstəmi-zal olmuşam,Həm İskəndər hikməti, hökmi-Süleyman məndədir.
Əyyuba çəkdirdi çox dərdü bəlavü möhnəti,Gəl məni istəş, verəyim dərdə dərman məndədir.
Yəqubi gör, zarü giryan Yusifi-Kənan üçün,Piri-künci-xəlvətəm, uş, Misri-sultan məndədir.
Şahi-Mərdanın-Əlinin aliyəm, övladiyəm,Zülfüqarü tacü Düldül, uç nişanı məndədir.
Açarım dini-Məhəmməd, məzhəbi-Cəfər yəqin,La fəta illa Əli, bu sirri-pünhan məndədir.
Mən şəha bu canımı sidqilə qurban qılmışam,Gər qəbul qılsa vilayət, eydi-qurban məndədir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Çün Xətaiyəm şahın vəsfinyi daim söylərəm,Eşqilə bel bağlaram, dəftərlə divan məndədir.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-asiq-isen-gel-beru-kim-cani-canan-mendedir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Kölgələnən qızıl dağlar görünür,Yaşıl ipək pərdələrin ardından.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Mənə nəvazişlə dedin bu axşamMənə nəvazişlə dedin bu axşam:Bir az cavanlaşıb, yaxşılaşmışam.