Arizində sünbülün ənbərfişan etmiş durur,Sanəsən kim, əqrəb ilə məhqıran etmiş durur.

Afərin, ol gül yanağlu dilbəri-rənayə kim,Hüsn bağında boyu sərvi-rəvan etmiş durur.

Zərrəmidir bilməzəm, yaxud dəhani dilbərin,Sün ilən bir mumudur, yaxud miyan etmiş durur.

Qaş ilən gözmidir ol rüxsarın üstə, ey sənəm,Yoxsa dövran fitneyi-axır zaman etmiş durur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Xətai, ahuyi-könlün şikar etməkliyə,Dəsti-qüdrət kim, səni əbru kəman etmiş durur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love