Arizin kim ol rüxi-pürnuri-tab üstündədir,Suyə bənzər kim, həmişə afitab üstündədir.

Haq bilür kim rüxlərin şənində olmuşdur nüzul,Ayəti-müshəf ki, ovraqi-kitab üstündədir.

Aləmin rövşənliyi gərçi günəşdəndir, vəli,Pərtövi-mehri-cəmalın aftab üstündədir.

Tabi-eşqindən həmişə gör nə sərgərdan gəzər,Asiman daim ki, yüzündən niqab üstündədir.

Mehri-eşqin nəqdinə viranə könlümdür məqam,Kim, bəli gəncin yeri daim xərab üstündədir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ayağın toprağıdır həq əhlinin başında tac,Cismi daim bu Xətainin türab üstündədir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love