Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir,Qaşınlan qamətin şəkli mənə mehrabü mənbərdir.

Sən ey türki-pəri, dilbər, əcayib süni-yəzdansan,Görəndən bərlü rüxsarın sözüm Allahü əkbərdir.

Könül səhrayi-hicranda, diləməz nafeyi-ahu,Əyağın torpağı cana, mənə çün müşki-ənbərdir.

Nə bürcün kovkəbisən sən, əya mehri-cahan takim,Cəmalın aftabından ona aləm münəvvərdir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bu gün ixlasü sidqilə Xətai valeh olmuşdur,Ki, yüzü şəmi-ənvari, saçı onun müənbərdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets