Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mənə ,Nə bəla, bil kim, yüküş cövrü cəfa qaldı mənə .

Bunca gəldim, mən gədayə heç inayət qılmadın,Eşigində qaldığım dəsti-dua qaldı mənə.

Müjdə gəldi dilstanimdən ki, qətl oldu rəqib,Şükr kim, biganə getdi, aşina qaldı manə .

Anca kövkəb kimi, yaş tökdi, gəmindən gözlərim,Yer ilə, gök ilə keyvan həm, baxa qaldı mənə .

Ey Xətai, zülfi tək arındı yüzdən Zəngbar,Dilbəri-Çinü Xötən, xubi-Xəta qaldı mənə.

Can olmaz isə, sən təki canan yetər mənə,Vəslin bu xəstə könlümə dərman yetər mənə.

Hicrin cəfası eylə yıxıbdır bu könlümü,Hər şəb qapunda naləvü əfğan yetər mənə .

Zülmət içində abi-həyat istəməz könül,Ləlin zülali çeşmeyi-heyvan yetər mənə.

Zahid, qoparma sən məni meyxanədən bu gün,Ruzi-əzəldə yar ilə peyman yetər mana.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gərçi, Xətai, getdi əlindən visali-dust,Hərdəm xəyali-didəyə mehman yetər mana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love