Ləbinlə dilləşə bilməz nə gül nə qönçeyi-həmraQədinlə boylaşa bilməz nə sərvi-naz nə rəna

Bu rəng ilə dil və dinim alırsa ol sənəm əldənMənimlə yar olacaqdır fireng və kafiri-tərsa

Gedərsəm əldən ayaqdan şərab üçün, nola, saqiKi badə ilə olur nəş'əyi-vüsal dübala

Havayi-kakülün ilə nə eyb başına dönsəmKi çərxi çərxə gətirmiş mənim başımdakı sevda

Fəğan ki sübhümü şam etdi intizar ilə axırGözümün qarasını ağ eylədin, ey gülrəna

Həyat buldu ləbindən firaq küştəsi QövsiMəsih möcüzünə verdi aqibət ləbin ihya

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love