Bəhəmdillah yatubdur sinəm üzrə dağ dağ üstəBəli məşhur sözdür ol məsəl kim bağ bağ üstə

Qaradır ruzigarı hər kimin kim könlü rövşəndirBilir hər tifli-məktəb kim yazılmaz ağ ağ üstə

Qiyamət həm olursa dur mənim ol sərv ayağındanSənə ərzani bülbül gül gül üstə, bağ bağ üstə

Ayaqdan salmayıb minayi-gərdun möhlüm versəYüz il əl bağlaram qulluqda saqi bir ayaq üstə

Nə təsir eyləsin yarəb nə vəch ilə görünsün kimFələkdə ulduzum bir lalədir bir qarlı dağ üstə

Demə kim bilmənəm eşqində dərdü dağ qədrin kimKönül titrər gözüm pərvanələr tək bu çıraq üstə

Nə gülşəndir bu bir gülşən ki ta işlər gözüm QövsiHəmin bülbül görər bülbül yanında zağ zağ üstə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring