Ta camalın nuri çeşmimdən nihan olmuş durur,Gecə-gündüz işim, ah ilə fəğan olmuş durur.

Hüsnün ta görmüşəm, bir bülbüli-zar olmuşam,Çün mənə kuyin məqami gülstan olmuş durur.

Bir məsəldir kim deyərlər: "Gəncin üstə mar olur",Zülf içində hüsnin ol gənci-nihan olmuş durur.

Gər fələk yüzündə derlər: "Mahi-tabandır şərəf",Tələtin yer üstə mahi-asiman olmuş durur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Pir olmuşdu cahanda firqətindən, ey sənəm,Ta yüzün gördü Xətai növcəvan olmuş durur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets