روزگاری شد ز کویت درد سر کم کرده ایم
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
روزگاری شد ز کویت درد سر کم کرده ایمسویت از بیم رقیبانت گذر کم کرده ایم
Xeyli vaxtdır sənlə, ey gül, dərdisər az etmişik,Kuyinə, qorxub rəqiblərdən, güzər az etmişik.
ناله ما را از سگان کوی او شرمنده داشتزین خجالت درد سر زان خاک در کم کرده ایم
Naləmiz təşvişə salmışdır yanında itləri,Olmuşuq şərməndə, onlardan həzər az etmişik.
همعنان ماست غم تا رفته ایم از کوی تودر جهان زین ناملایم تر سفر کم کرده ایم
Biz qapıdan ayrılınca, qəm olub yoldaşımız,Ömrümüzdə bunca narahat səfər az etmişik.
بی رخت قطع نظر از دیدن عالم نکردزین سبب از مردم دیده نظر کم کرده ایم
Etməmişlər sənsiz aləmdən, gülüm, qəti-nəzər,Ol səbəbdən mərdümi-çeşmə nəzər az etmişik.
کم نشد دور از تو آب چشم ما معذور دارگر غبار درگهت از چشم تر کم کرده ایم
Olmadı göz yaşımız hicrində kəm, əfv et bizi,Asitanın tozunu yaşla əgər az etmişik.
غیر افغان نیست بر یاد سگانت کار ماتا جدایم از درت کار دگر کم کرده ایم
Asitanında olubdur karımız ahü fəğan,Ayrılarkən dərgəhindən xeyrü şər az etmişik.
Maqta — the closing couplet bearing the poet’s pen name. تا جدایم از در جانان فضولی چون سکانبی فغان و ناله شامی را سحر کم کرده ایم
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, düşdük ol gündən ki, canandan cida,Naləsiz, fəryadsız şamü səhər az etmişik.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qezel-304
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Uçdun təyyarəylə bir yay səhəri,bəlkə uçmaq üçün sən doğulmusan.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
AğlaramEy cavanım, sən yadıma düşəndə,Gözlərimdən qan yaş tökib ağlaram,
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.