Uçdun təyyarəylə bir yay səhəri,bəlkə uçmaq üçün sən doğulmusan.Yer də göylər idi səndən ötəri,Yerdə də uçurdun sanki hər zaman.

Baxdım mən arxanca bir xiffət ilə,dedim – göyə çıxan səadətimdir.Yerdə də arxanca baxmışam elə,səni sevən gündən bu, adətimdir.

Kiçilib ulduz tək sən göydə itdin,yox, doğdun təzədən ulduz içində.Nə fərqi – yerdə də sən ulduz idin; –yenə seçilirdin yüz qız içində.

Bitdin öz yerində sərv ağacıtək, –bir ötən buluda meylini salıb.Gör harda başından açılıb örpək,Göylərdə –Yeganə təsəllim qalıb.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets