Sizin qızınızla görüşürük biz,gedirik gah yolla, gah kənar izlə.Bunu mən bilirəm, siz bilmirsiniz, –o gəlir sizin öz icazənizlə.

Tələbə yoldaşı, rəfiqəsi var,işi də çox olur, bəzən dərsi də.Mənəm,qızınızın, necə deyərlər, –“tələbə yoldaşı”, “rəfiqəsi də”.

Mən başa düşürəm, siz anasınız,ürəyə sığışmır adi həyəcan.O, evə dönünçə nigaransınızevdə olanda da mənəm nigaran.

Bir ömrün mənzili uzun, ya qısa...məhəbbət, doğmalıq –hansı qədimdir?!O, sizin adicə qızınızdısa,o, mənim yeganə səadətimdir.

Siz də heyransınız, mən də bir qıza,kimin qapısından o, girməlidir.Dünya elədir ki,biri tapırsa,biri... təbiidir, itirməlidir.

Duruluq rəmzidir sizin qızınız,gözündən oxunur qəlbi, istəyi.Sizin bu sevdada uduzmağınız,sizin borcunuzdur, mənim qismətim.

Sizin adınıza hörmət, ehtiram,qadın qarşısında baş əyib aləm.Mən də baş əyirəm, vidalaşıram, –qızınız gələcək, mən getməliyəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets