Sevin
Evdə bikef olur yoldaşım hərdən,bir soyuqluq hopur qana, iliyə.– Dünən qonşuluqda səni istəyənbu gün əleyhinə danışır, niyə?
Eh, həyat belədir, düzü belədir,bəzən yağış döyür, bəzən qar, külək.Sən o söz-söhbətə öyrəş arabir,yağışa, küləyə öyrəşdiyin tək.
Göydən dolu töksə, mat qalma buna,qoy gülər gözlərin batmasın yasa.Qar yağsa, şərfini dola boynuna,get, qalma, gedəsi bir yerin olsa.
Həyatda təhqirə, tufana öyrəş,qoy üzün alışsın oda, küləyə.Sözünü kəssələr, sən ona öyrəş,çalış uyğunlaşma amma heç nəyə.Bir də... məndən ötrü xiffət hədərdi,əksinə, sevin.Düşmən – qələbəmin sayı qədərdi,dost – mənim səhvimin,əksinə, sevin.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-sevin
Use ← → keys to move, R for a random poem
More by this author
Nə qədər ağırdı səndən ayrılıbbaşqa bir iqlimə səfər eləmək.
Gəl, “mənim yaşıdım”Sevməyən kəslərin ürəyi darmış,*min il də köhnəlməz bu duyğu, bu hiss.*
Dünya işıqdıMənim köməyim ol, mən dara düşsəm,baxma uzaqlardan, gəl dindir məni.
Görüşdən qabaqAğ çiçəklər səpilmişdi üstə çəmənin,Elə bildim buludlardan torpaq süd əmmiş.
Poems by other poets
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
HanıXəyalü fikrə gətir şeş cəhati-dünyanı,Təsəvvür eylə cəmiən cahani-imkanı
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Cəfərqulu xanaHacı qulu səndən, ey taci-sərim,Ziyadə-ziyadə xürrəm olubdur!