Dədələr, babalar ocağındayam
Könlümdə bir dərya nəcib arzular,Yenə dərdli Araz qırağındayam.Xeyli var üzünü görmədiyimin –Cənublu dilbərin sorağındayam.
Deyirəm silinsin sinəmdən bu dağ,Qəlbləri oxuyum mən varaq-varaq,Hər iki sahildə deyiləm qonaq,Dədələr, babalar ocağındayam.
Gəzirəm qol-qola həqiqətimlə,Üz-üzə gəlirəm səadətimlə.Dünyaya sığmayan məhəbbətimlə,Öz anam torpağın qucağındayam.
Könlümə doğmadır mənim bu yerlər,Sizindir yazdığım bütün şeirlər.Süleyman Rüstəməm, belə deyirlər,Mahnımla ellərin dodağındayam!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-dedeler-babalar-ocagindayam
Use ← → keys to move, R for a random poem
More by this author
Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz,Coşan sellər, axan çaylar necə ümmandan ayrılmaz.
NəsillərəNəsillər! Bilirik ki, deyilsiniz vəfasız,Baxmayın, etinasız
Nəvəm Günəşə məktubHəyatda parolun, əziz Günəşim.Vicdanın, namusun, qeyrətin olsun.
Xəyanət olmazHər kəs öz xeyrini güdsə dünyadaArada, əlbəttə, məhəbbət olmaz.
Poems by other poets · Homeland
در غربتیم و سیر وطن می کنیم ما
VətənNeçin ah eylədin, ey bülbüli-nalani-vətən,Yaduva düşdü məgər hali-pərişani-vətən?
GörəndəSöylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,